internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

Ölkə üzrə rekord göstərici – 8 şagirdimiz 300 bal topladı
26.05.2025

 
 
Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən tam (11 illik) və ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında TDV Bakı Türk Liseyinin uğuru ölkə miqyasında böyük maraq doğurur.

Belə ki, liseyin 8 şagirdi maksimum nəticə 300 tam bal toplayaraq respublika üzrə rekord göstəriciyə imza atıblar.

Bu uğura imza atanlar XI sinif şagirdləri: Xədicə İsmayılzadə, Tamella Əliyeva, Ləman Əhmədzadə, Həmid Əliyev, Ziya Alizadə və Onur Hətəmov, IX sinif şagirdləri isə Ləman Cəfərli və Toğrul Zeynallıdır.

Bu nəticə TDV Bakı Türk Liseyində tədris prosesinin yüksək peşəkarlıqla, sistemli şəkildə və məqsədyönlü şəkildə qurulduğunu bir daha təsdiqləyir. Təcrübəli və fədakar müəllim heyəti, müasir pedaqoji yanaşmalar, eləcə də möhkəm müəllim-şagird-valideyn əməkdaşlığı bu uğurun əsasını təşkil edir.

Bu münasibətlə liseyimizin rəhbərliyini, müəllimlərini, şagirdlərini və onların dəyərli valideynlərini səmimi-qəlbdən təbrik edir, gələcəkdə daha böyük nailiyyətlər arzulayırıq.
 

 
 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov