internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

Əl-Xarəzmi Beynəlxalq Riyaziyyat və İnformatika Olimpiadasından 3 medal
15.05.2025

 
 

7–13 may tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində III Əl-Xarəzmi Beynəlxalq Riyaziyyat və İnformatika Olimpiadası keçirilib.

Olimpiadada liseyimizin IX sinif şagirdləri Hüseyn Zeynalov qızıl medal, Fərrux Burzu və Ömər Əliməmmədzadə gümüş medal əldə edərək ümumilikdə 3 medal qazanıblar.

Bu nüfuzlu beynəlxalq yarışda ölkəmizi təmsil edən komanda 2 qızıl və 4 gümüş olmaqla, ümumilikdə 6 medal qazanıb.

Olimpiadada 130-dan çox şagird iştirak edib.

Bu möhtəşəm nailiyyətdə komanda rəhbəri kimi iştirak edən, liseyimizin keçənilki məzunu və dünyanın ən nüfuzlu universitetlərindən olan Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olmuş, Beynəlxalq Riyaziyyat Olimpiadasının bürünc medalçısı Sevinc Mahmudovaya xüsusi təşəkkür edirik.

Yeniyetmələri yetişdirən gənc sabiq olimpiadaçılara və əməyi keçən hər kəsə minnətdarıq!

 
 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov