internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

Məzunumuzdan böyük nailiyyət
14.05.2025

 
 
Liseyimizin 2005-ci il məzunu Samir Dönməzov elm və təhsildə böyük uğura imza atıb.

Samir bu günlərdə Kentucky Universitetindən (University of Kentucky) fəlsəfə doktoru (PhD) elmi dərəcəsini almışdır. Bu ilin avqust ayından etibarən isə o, dünyanın aparıcı ali təhsil müəssisələrindən biri – ilk onluqda yer alan Miçiqan Universitetində (University of Michigan) riyaziyyat üzrə müəllim kimi fəaliyyətə başlayacaq.
Samirin təhsil yolu nümunəvidir:
* Bakalavr: İstanbul Texniki Universiteti (Türkiyə) – Kosmik mühəndislik
* Magistratura 1: Koç Universiteti (Türkiyə) – Mexanika mühəndisliyi
* Magistratura 2: Kentukki Universiteti (ABŞ) – Fizika
* Magistratura 3: Kentukki Universiteti (ABŞ) – Riyaziyyat
* Doktorantura: Kentukki Universiteti (ABŞ) – Riyaziyyat

Bu böyük nailiyyətinə görə Samiri səmimi qəlbdən təbrik edir, ona elmi və peşəkar fəaliyyətində davamlı uğurlar arzulayırıq!

Bütün məzunlarımıza sevgi və salamlarımızı göndəririk!
 

 
 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov