internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

94 şagirdimiz fənn müsabiqələrinin finalında
12.05.2025

 
 

27 aprel tarixində keçirilmiş Məktəblilərarası fənn müsabiqələrinin yarımfinal turunun nəticələrinə əsasən, liseyimizin 94 şagirdi final mərhələsində iştirak hüququ qazanıb.

Onlardan 37 nəfəri 6-cı sinif, 57 nəfəri isə 7-ci sinif şagirdlərimizdir.

Qürurverici haldır ki, 11 şagirdimiz bütün sualları düzgün cavablandıraraq 100%-lik nəticə göstərib!

Fənlər üzrə finalda iştrika edəcək şagirdlərin sayı:
- Riyaziyyat – 63 nəfər
- Kimya – 17 nəfər
- Biologiya – 6 nəfər
- Fizika – 4 nəfər
- Təbiət – 2 nəfər
- İnformatika – 2 nəfər

Final turuna keçmiş şagirdlərin siyahısı - https://shorturl.at/1UjpE

Final turu 31 may tarixində keçiriləcək.

Final mərhələsinə yüksəlmiş bütün şagirdlərimizi təbrik edir, hər birinə uğurlar arzulayırıq!

 
 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov