|
Ötən gün Ankara
Universitetinin rektoru Prof.
Dr. Necdet Ünüvar və
universitetin professor heyəti
liseyimizi ziyarət etdilər.
Ziyarət çərçivəsində liseyin
müdiri Kadir Bektaşoğlu
qonaqlara liseyin fəaliyyəti və
əldə etdiyi nailiyyətlər barədə
ətraflı məlumat verdi.
Rektor Prof. Dr. Necdet Ünüvar
sinif otaqlarını ziyarət edərək
tədris prosesini yaxından
izlədi, müəllim və şagirdlərlə
səmimi fikir mübadiləsi apardı.
Şagirdlərin bilik səviyyəsi,
dərsə marağı və müəllimlərin
peşəkarlığı ilə yaxından tanış
olan Rektor, təhsildə əldə
olunan uğurların sevindirici
olduğunu vurğuladı.
Görüş zamanı Prof. Dr. Necdet
Ünüvar qeyd etdi ki, belə bir
qabaqcıl təhsil müəssisəsində
olmaq və onun uğurları ilə tanış
olmaq ona böyük qürur hissi
yaşadıb. O, Azərbaycan ilə
Türkiyə arasında mövcud olan
qardaşlıq və dostluq
münasibətlərinin məhz bu cür
təhsil və elm mübadilələri
sayəsində daha da
möhkəmlənəcəyinə inandığını
bildirdi.
Lisey rəhbərliyi səmimi və
məhsuldar görüş üçün Ankara
Universitetinin rektoru və
nümayəndə heyətinə təşəkkürünü
bildirib.
Sonda xatirə şəkilləri çəkildi
və qarşılıqlı əməkdaşlığın
genişləndirilməsi məqsədilə
gələcək layihələr haqqında fikir
mübadiləsi aparıldı.
|
 |
|
|
|
|