internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

Dr. İlyas Bozkurt Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyini ziyarət etdi
06.05.2025

 
 
TESİAD və TESAM-ın təsisçisi Dr. İlyas Bozkurt və onu müşayiət edən heyət, Azərbaycan səfərləri çərçivəsində Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyini ziyarət etdilər.

Heyət liseyin direktoru Kadir Bektaşoğlu tərəfindən səmimi şəkildə qarşılandı.

Səfər çərçivəsində qonaqlar liseyimizin fəaliyyəti və tətbiq olunan tədris metodları ilə yaxından tanış olublar.

Görüşdə Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, ortaq layihələrin inkişaf etdirilməsi və mədəni əlaqələrin gücləndirilməsi kimi mövzular müzakirə olundu.

Dr. Bozkurt qeyd etdi ki, iki ölkə arasında gənc nəslin ortaq dəyərlər əsasında yetişdirilməsi böyük strateji əhəmiyyət daşıyır və bu cür təhsil müəssisələri qardaşlığın ən möhkəm zəmanətidir.

Ziyarət qarşılıqlı xoş niyyət mesajları və xatirə şəkillərinin çəkilməsi ilə başa çatdı.

 

 

 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov