internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

TDV Bakı Türk Liseyinin 30 illik yubileyi münasibətilə keçirilən riyaziyyat müsabiqəsinə start verildi
03.05.2025

 
 
Bu gün TDV Bakı Türk Liseyinin təhsil fəaliyyətinin 30 illik yubileyi münasibətilə keçirilən VII sinif şagirdləri arasında riyaziyyat fənni üzrə təşkil olunan müsabiqənin I mərhələsi keçirilib.

Müsabiqədə ölkənin müxtəlif bölgələrindən 300-dən çox şagird iştirak edib. İmtahan 180 dəqiqə davam edib və 30 test tapşırığından ibarət olub. Qiymətləndirmə qaydasına əsasən, verilmiş hər 4 səhv cavab 1 düzgün cavabın (1 səhv cavab = -0,25 bal) nəticəsinə təsir göstərir.

İmtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.
Qeyd edək ki, müsabiqə əyani formada iki mərhələdən ibarətdir.

Müsabiqənin final mərhələsi 18 may tarixində keçiriləcək. Finala vəsiqə qazanan iştirakçıların adları növbəti həftə ərzində elan olunacaq.

Məlumat üçün bildirək ki, yekun nəticələrə əsasən qaliblər aşağıdakı şəkildə təltif olunacaqlar:
- 5 nəfər — Qızıl medal
- 10 nəfər — Gümüş medal
- 15 nəfər — Bürünc medal

I mərhələnin cavabları gün ərzində rəsmi səhifələrimizdə paylaşılacaq.

Bütün iştirakçılara uğurlar arzulayırıq!

 

 

     

 

     
 
 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov