internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

Lisey komandamız “Sumqayıt Cup” müsabiqəsində ilk üçlükdə
02.05.2025

 
 
Sumqayıt şəhərində keçirilən “Sumqayıt Cup” proqramlaşdırma müsabiqəsində lisey komandamız uğurla çıxış edərək 3-cü yerə layiq görülüb. Müsabiqə ICPC 2025 dünya finalına hazırlıq çərçivəsində təşkil olunub.

Yarışda ölkənin müxtəlif bölgələrindən 25 komanda — 20 universitet və 5 məktəb kollektivi iştirak edib. Şagird və tələbələr proqramlaşdırma və alqoritmik bacarıqlarını nümayiş etdiriblər.

Tədbir İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Təhsil İnstitutu, Sumqayıt Dövlət Universiteti, Sumqayıt İnnovasiya Mərkəzi və ICPC Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə reallaşıb.

Müsabiqə istedadlı gənclərin üzə çıxarılması və İKT sahəsində qurumlararası əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Günün sonunda fərqlənən komandalar xüsusi mükafatlarla təltif olunublar.

Komandamızı təbrik edir, yeni-yeni uğurlar arzulayırıq!

 

 
 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov