Bu gün
“KINGS” olimpiadasının
final mərhələsinin
nəticələri elan edilib.
Nəticələrə əsasən, Əli
Məmmədov (X sinif) və
Jasmin Qurbalı (VII
sinif) Azərbaycan dili,
Leyla Kərimli (VII
sinif) isə İngilis dili
fənni üzrə uğurlu çıxış
edərək qızıl medal
qazanıblar.
Müsabiqədə müxtəlif
fənlər üzrə yüksək
nəticə göstərən
şagirdlər
mükafatlandırılıb.
Qaliblər müxtəlif
hədiyyə və
sertifikatlarla təltif
olunublar.
Bu uğurlar
şagirdlərimizin fənlər
üzrə dərin biliyə və
güclü müsabiqə
bacarıqlarına malik
olduqlarını bir daha
təsdiq edir.
Şagirdlərimizi
səmimi-qəlbdən təbrik
edir, onlara gələcək
fəaliyyətlərində daha
böyük nailiyyətlər
arzulayırıq!