|   | 
										
										
										
											
												
												
												
												
												Aprelin 
												23-də Respublika Fənn 
												Olimpiadalarının biologiya fənni 
												üzrə final mərhələsinə vəsiqə 
												qazanan 8 şagirdimiz, hazırlıq 
												müəllimələri Gülnar 
												Soltanova-Mirzəyeva ilə birlikdə 
												Bakı Mühəndislik Universitetinin 
												laboratoriyasında birgünlük 
												elmi-praktik təcrübə keçiblər. 
												 
												Təcrübə zamanı şagirdlər 
												müxtəlif laboratoriya 
												avadanlıqları ilə tanış olub, 
												praktiki biliklərini artırmaq 
												imkanı əldə ediblər. Onlar 
												bioloji proseslərin təcrübə 
												şəraitində müşahidəsi və analiz 
												metodları barədə ətraflı məlumat 
												alıblar. Təcrübə şagirdlərdə 
												elmi yanaşmanı formalaşdırmaq və 
												olimpiadaya daha hazırlıqlı 
												qatılmaq baxımından mühüm rol 
												oynayıb. 
												 
												Təcrübənin təşkilində 
												göstərdikləri dəstəyə görə Bakı 
												Mühəndislik Universitetinin 
												rektoru Yaqub Piriyevə, Kimya 
												kafedrasının müdiri Namiq 
												Şıxəliyevə, həmçinin 
												şagirdlərimizlə bilik və 
												təcrübələrini səxavətlə bölüşən 
												Aysel və Nailə xanıma dərin 
												təşəkkürümüzü bildiririk. 
												 
												Şagirdlərimizə final 
												mərhələsində uğurlar arzulayır, 
												onların gələcəkdə böyük 
												nailiyyətlər əldə edəcəklərinə 
												inanırıq!
																	
										
																		| 
										
																		 
										   | 
												
												
												
												
												
																	 
																	
																		| 
																		 
										
										
										   | 
												
												
																	 
																	
																		| 
																		  | 
												
												
																	 
																	 
												 
																								
												
												
												
											 
												 
												
												
												
											 
										 
										 | 
										  |