internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

Riyaziyyat fənni üzrə 7-ci sinif şagirdləri arasında müsabiqə
17.04.2025

 
 
TDV Bakı Türk Liseyi, təhsil fəaliyyətinin 30 illik yubileyi münasibətilə 7-ci sinif şagirdləri arasında riyaziyyat fənni üzrə müsabiqə təşkil edir.
 
📍 Müsabiqə əyani formada və 2 mərhələdən ibarət olacaq:
I mərhələ: 3 may 2025-ci il, saat 14:00
II mərhələ: 18 may 2025-ci il
 
📌 Müsabiqə yeri: TDV Bakı Türk Liseyinin binası

📘 Tapşırıqlar: Azərbaycan bölməsi üzrə təqdim ediləcəkdir.
 
🏅 Yekun nəticələrə əsasən qaliblər aşağıdakı kimi təltif olunacaqlar:
• 5 nəfər — Qızıl medal
• 10 nəfər — Gümüş medal
• 15 nəfər — Bürünc medal
 
📅 Qeydiyyat müddəti: 25 aprel 2025-ci il tarixinədək
📌 Qeydiyyat yalnız ONLINE şəkildə aparılacaqdır.
 
❗️ İmtahan ödənişsizdir.
 
🔹 Bütün iştirakçılara uğurlar arzulayırıq!
 

 

 
 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov