internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

Lisey şagirdlərimiz TIMO-da 44 medal qazandı
14.04.2025

 
 
Türk Beynəlxalq Riyaziyyat Olimpiadası (Turkic International Mathematical Olympiad – TIMO) üzrə seçim mərhələsində lisey şagirdlərimiz uğurla çıxış ediblər. Belə ki, 3–11-ci sinif şagirdlərinin iştirak etdiyi bu beynəlxalq riyaziyyat müsabiqəsində şagirdlərimiz 5 qızıl, 23 gümüş və 16 bürünc medal olmaqla ümumilikdə 44 🏅 medal qazanıblar. Medal qazanmış şagirdlərimiz - https://shorturl.at/2hvhu

2025-ci il üzrə TIMO-nun final mərhələsi Türkiyənin Antalya şəhərində keçiriləcək. Bu mərhələdə uğur qazanan iştirakçılar dünyanın nüfuzlu universitetlərinə birbaşa qəbul və 25%-dən 100%-ə qədər təqaüd qazanmaq imkanı əldə edəcəklər.

TIMO-nun əsas məqsədi şagirdlərin riyazi bilik və bacarıqlarını inkişaf etdirmək, tənqidi düşünmə və yaradıcı problem həll etmə qabiliyyətlərini gücləndirmək, eyni zamanda müxtəlif ölkələrdən olan iştirakçılar arasında mədəniyyətlərarası əməkdaşlığı və elmi fikir mübadiləsini təşviq etməkdir.

TIMO, şagirdlərə beynəlxalq səviyyədə tanınan akademik sertifikatlar və medallar, təhsil həyatında rəqabət üstünlüyü, akademik və şəxsi inkişaf, yeni dostluqlar və zəngin mədəni təcrübələr qazandırır.

Şagirdlərimizi bu möhtəşəm nailiyyət münasibətilə təbrik edir, əməyi keçən fədakar müəllimlərimizə təşəkkür edirik!

 

 
 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov