|
TDV Bakı
Türk Liseyinin müdiri
Kadir Bektaşoğlu Dövlət
İmtahan Mərkəzinin
keçirdiyi buraxılış
imtahanlarında ən yüksək
nəticə göstərərək 300
bal toplamış Xədicə
İsmayılzadə, Tamella
Əliyeva, Ləman
Əhmədzadə, Ziya Alızadə
və Onur Hətəmovla
görüşüb.
Lisey müdiri yüksək
nəticə göstərən
şagirdləri təbrik edərək
onların əzmkar və
məqsədyönlü fəaliyyətini
yüksək qiymətləndirib. O
vurğulayıb ki, bu cür
nailiyyətlər həm
liseyin, həm də
ümumilikdə ölkə
təhsilinin inkişaf
səviyyəsinin bariz
göstəricisidir.
“Şagirdlərimizin
qazandığı bu uğurlar
bizi qürurlandırır. Bu
nəticələr həm ailələrin,
həm müəllimlərin, həm də
liseyimizin birgə
əməkdaşlığının
bəhrəsidir,” – deyə
Kadir Bektaşoğlu qeyd
edib.
O həmçinin əlavə edib
ki, TDV Bakı Türk Liseyi
olaraq ölkə təhsilinə
töhfə vermək, gənc
nəslin bilikli,
bacarıqlı və vətənpərvər
şəkildə formalaşmasına
dəstək olmaq əsas
məqsədlərimizdən
biridir.
Görüş zamanı şagirdlər
qazandıqları uğurda
müəllimlərinin və
ailələrinin verdiyi
dəstəyin həlledici rol
oynadığını bildiriblər.
Onlar qeyd ediblər ki,
planlı şəkildə çalışma,
motivasiyanı qoruma və
qarşılıqlı dəstək bu
uğurun əsas
səbəblərindəndir.
Qeyd edək ki, DİM
tərəfindən keçirilmiş
buraxılış imtahanlarında
ümumilikdə 23 nəfər 300
bal toplayıb. Onlardan
5-i məhz TDV Bakı Türk
Liseyinin şagirdləridir.
Bu rekord göstərici
münasibətilə lisey
müəllimlərimizi,
rekordçu şagirdlərimizi
və onların
valideynlərini təbrik
edir, uğurlar
arzulayırıq.
|
 |
|
|
|