internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

Şagirdimiz “Sabahın alimləri” müsabiqəsində bürünc medal qazandı
18.03.2025

 
 
12-14 mart tarixlərində “Sabahın alimləri” XIV Respublika layihə müsabiqəsi keçirilib.

"Robototexnika və Süni İntellekt" nominasiyası üzrə Əvəz Hüseynli uğur qazanaraq III yerə layiq görülüb.

Müsabiqə çərçivəsində 2 gün ərzində şagirdlərin 9 müxtəlif istiqamət – riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt – üzrə elmi-tədqiqat layihələri dəyərləndirilib.

Müsabiqə istedadlı şagirdləri aşkara çıxarmaq, onların tənqidi düşüncə və ünsiyyət bacarıqlarını inkişaf etdirmək, elmi qurumlarla məktəblər arasında əlaqələri genişləndirmək və oxşar maraqları olan gəncləri bir araya gətirmək məqsədi daşıyır.

Lisey rəhbərliyi və müəllim kollektivi olaraq Əvəzi təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq!

 

 

 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov