|   | 
										
										
										
											
												
												
												
												23 fevral 
												tarixində keçirilən respublika 
												fənn olimpiadalarının (RFO) 
												respublika mərhələsinin 
												yarımfinal turunun nəticələri 
												açıqlanıb. 
												Nəticələrə əsasən liseyimizin 89 
												şagirdi növbəti final turuna 
												vəsiqə qazanıb.  
												 
												Məlumat üçün bildirək ki, bu 
												rəqəm keçən il ilə müqayisədə 23 
												nəfər çoxdur. 
												 
												Şagirdlər nəticələri ilə
												
												www.portal.edu.az
												saytındakı şəxsi 
												kabinetləri və ya təhsil 
												aldıqları ümumtəhsil 
												müəssisələrindən öyrənə 
												bilərlər. 
												 
												Olimpiadaların təşkil 
												edilməsində məqsəd istedadlı 
												uşaqların aşkar edilməsi, 
												şagirdlərdə fənlərə olan marağın 
												artırılması, onların sağlam 
												rəqabət mühitində öz bilik və 
												bacarıqlarını nümayiş 
												etdirmələrinə imkan 
												yaradılmasından ibarətdir. 
												 
												Finala vəsiqə qazanmış 
												şagirdləri təbrik edir və onlara 
												uğurlar arzulayırıq! 
												 
																								
												
												
												
											 
												 
												
												
												
											 
										 
										 | 
										  |