|
Türkiyənin
Azərbaycandakı səfirliyinin
təhsil müşaviri Yurdagül
Aydoğanın rəhbərliyi ilə Bakıda
fəaliyyət göstərən bir sıra
təhsil müəssisələrinin
rəhbərləri Türkiyənin
Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri Prof. Dr.
Birol Akgünü ziyarət ediblər.
Görüşdə təhsil müşaviri Yurdagül
Aydoğan, Bakı Türk Anadolu
Liseyinin direktoru Abdullah
Yılmaz, TMV Azərbaycan Maarif
Məktəblərinin direktorları
Ertuğrul Toy və Mevlüt Altıntop,
TDAV Türk Dünyası Atatürk
Liseyinin direktoru Eylem
Gültekin və TDV Bakı Türk
Liseyinin direktoru Kadir
Bektaşoğlu iştirak ediblər.
Səfir Birol Akgün qonaqları
salamlayaraq, Azərbaycan və
Türkiyə arasında təhsil
sahəsindəki sıx əlaqələrdən və
bu əlaqələrin daha da inkişaf
etdirilməsinin əhəmiyyətindən
danışıb. O, iki qardaş ölkə
arasında təhsil sahəsində
əməkdaşlığın daha da
genişləndirilməsi üçün birgə
layihələrin həyata
keçirilməsinin vacibliyini
vurğulayıb.
Görüşdə Azərbaycanın təhsil
sistemində Türkiyə məktəblərinin
rolu, ikitərəfli əməkdaşlıq
çərçivəsində həyata keçirilən
layihələr və gələcək
perspektivlər müzakirə olunub.
İştirakçılar Türkiyə-Azərbaycan
təhsil əlaqələrinin daha da
möhkəmləndirilməsi üçün müxtəlif
təşəbbüslər irəli sürüb, müəllim
və tələbə mübadiləsi
proqramlarının artırılması,
birgə elmi-tədqiqat işlərinin
aparılması və təhsil sahəsində
innovativ yanaşmaların tətbiqi
kimi məsələlər ətrafında fikir
mübadiləsi aparıblar.
Səfir Birol Akgün iştirakçılara
təşəkkür edib və iki ölkə
arasındakı təhsil əlaqələrinin
daha da inkişaf etdirilməsi üçün
səfirlik olaraq hər zaman dəstək
verməyə hazır olduqlarını
bildirib.
Sonda xatirə şəkili çəkilib.
|
 |
|
|