|   | 
										
										
										
											
												
												
												
												
												8-11-ci 
												sinif şagirdləri üçün respublika 
												fənn olimpiadalarının (RFO) 
												yarımfinal mərhələsinə hazırlıq 
												prosesi onlayn rejimdə davam 
												edir. Şagirdlərə bu mərhələdə 
												liseyimizin fənn müəllimləri 
												tərəfindən xüsusi dəstək 
												göstərilir.  
												 
												Coğrafiya fənni üzrə hazırlıq 
												prosesinə Zərifə İlyasova 
												rəhbərlik edir. Zərifə müəllim, 
												şagirdlərə olimpiada suallarının 
												həlli, xəritə bilikləri və 
												analitik düşünmə bacarıqlarının 
												inkişafı istiqamətində kömək 
												edir.  
												 
												Tarix fənni üzrə hazırlıq isə 
												Zamik Əliyev tərəfindən 
												aparılır. Şagirdlər tarixi 
												hadisələri analiz etmək, 
												mənbələrlə işləmək və sualları 
												daha dəqiq cavablandırmaq üçün 
												Zamik müəllimin dəstəyi ilə 
												intensiv məşğələlərə qatılırlar. 
												 
												Hər iki fənn üzrə onlayn dərslər 
												aktiv şəkildə davam edir və 
												şagirdlərin biliklərini 
												artıraraq yarımfinal 
												mərhələsində uğurlu çıxış 
												etmələrinə yönəlib. 
												 
												Lisey müəllimlərimizə dəyərli 
												əməkləri və dəstəkləri üçün 
												təşəkkür edir, bütün 
												şagirdlərimizə uğurlar 
												arzulayırıq! 
 
												 
																								
												
												
												
											 
												 
												
												
												
											 
										 
										 | 
										  |