|
60-dan çox
ölkənin iştirakı ilə keçirilən
Kopernik beynəlxalq riyaziyyat
olimpiadasında şagirdlərimiz
rekorda imza atıblar.
Belə ki, şagirdlərimiz bu
müsabiqədə 7 qızıl, 50 gümüş və
40 bürünc olmaqla ümumilikdə 97
medal qazanmışlar.
Seçim turunda 8-ci sinif
şagirdimiz Məhəmməd Mehdizadə
maksimum 100 bal toplayaraq
möhtəşəm nəticə göstərmişdir.
Şagirdlərimizin bu böyük uğuruna
görə müsabiqənin təşkilatçısı
“Global Olympiad Center” lisey
rəhbərliyinə xüsusi təşəkkür
məktubu göndərib.
Bütün medalçılar ABŞ-ın Nyu-York
şəhərində, Kolumbiya
Universitetində keçiriləcək
final mərhələsində ölkəmizi
təmsil etmək hüququ qazanıblar.
Bu uğur münasibətilə
şagirdlərimizi, müəllimlərimizi
və lisey kollektivini təbrik
edir, yarışın təşkilinə və
göstərdiyi diqqətə görə “Global
Olympiad Center”ə təşəkkürümüzü
bildiririk.
|
|