|
Liseyimizdə şagirdlərin elmi
biliklərini artırmaq və onları
beynəlxalq və respublika
səviyyəli olimpiadalara
hazırlamaq məqsədilə intensiv
dərslər təşkil olunur.
Riyaziyyat fənni üzrə olimpiada
dərsləri təcrübəli müəllim Camal
Qədirov tərəfindən keçirilir.
Camal müəllim bu sahədə geniş
bilik və təcrübəyə malik olub,
olimpiada proqramlarına uyğun
dərs metodları ilə şagirdlərin
uğur qazanmasına dəstək olur.
Dərslər şagirdlərin fənlərə olan
marağını artırmaqla yanaşı,
onların analitik və tənqidi
düşünmə bacarıqlarını inkişaf
etdirməyə dəstək olur.
Liseyimizdə keçirilən olimpiada
hazırlıq dərsləri AYQ və YYQ yaş
qrupları olmaqla iki qrupa
bölünüb. Dərslər həftədə iki
dəfə təşkil olunur və şagirdlərə
intensiv hazırlıq proqramı
təqdim edilir.
Bütün şagirdlərə olimpiada
hazırlığında uğurlar
arzulayırıq!
|
|