|
Liseyimizdə olimpiadaya hazırlıq
məqsədilə müxtəlif dərnəklər
təşkil olunur. Bu fəaliyyət
çərçivəsində informatika fənninə
maraq göstərən 6-7-ci sinif
şagirdləri üçün seçim imtahanı
keçirilib. İmtahanda iştirak
edən 120 şagirddən 25 nəfəri
hazırlıq qrupuna seçilib.
İnformatika dərsləri həftədə iki
dəfə keçirilir və yüksək
səviyyədə təşkil olunur.
Dərsləri informatika
olimpiadalarında medal qazanmış
məzunumuz, hazırda ADA
Universitetinin tələbəsi Nicat
Ələsgərli və 11-ci sinif
şagirdimiz Dəniz Cəfərzadə
tədris edirlər. Bundan əlavə,
10-cu sinif şagirdimiz Aysun
Həsənova və 9-cu sinif
şagirdimiz Ömər Əliməmmədzadə də
biliklərini şagird yoldaşları
ilə bölüşərək tədris prosesinə
dəstək göstərirlər.
Bu yaxınlarda hazırlıq
qrupumuzun xüsusi qonaqları,
Koreyanın Seul Universitetində
təhsil alan məzunumuz Osman
Əlləzov və Azərbaycan
Respublikası Təhsil İnstitutunun
İstedadlı Uşaqlarla İş Şöbəsinin
Baş Mütəxəssisi Qorxmaz
Mustafayev dərnəyimizi ziyarət
edərək şagirdlərimizlə dəyərli
təcrübələrini bölüşüblər.
Belə tədbirlər və dərnəklər
şagirdlərimizin inkişafına və
olimpiada hazırlıqlarına
əhəmiyyətli töhfə verir.
|
 |
|
|