|
Şagirdlərimiz UAMO (Uluslararası
Akdeniz Matematic Olympiadı)
beynəlxalq riyaziyyat
olimpiadasında növbəti uğura
imza ataraq 9 qızıl, 19 gümüş və
25 bürünc olmaqla ümumilikdə 53
medal qazanmışlar.
Medal qazanan şagirdlər bu ilin
17-22 aprel tarixlərində Antalya
şəhəri Akdeniz Universitetində
keçirilən final mərhələsində
iştirak etmək hüququ qazanıblar.
Qaliblər müxtəlif dəyərli
mükafatlarla təltif olunacaq.
UAMO riyaziyyat həvəskarları
üçün nəzərdə tutulmuş beynəlxalq
yarış olimpiadasıdır, 5-11-ci
sinif şagirdlərinin analitik
düşüncə bacarıqlarını inkişaf
etdirməyi və riyaziyyatı
praktiki tətbiqlərlə
birləşdirməyi hədəfləyir.
Şagirdlərimizi təbrik edir,
əməyi keçənlərə təşəkkür edirik.
|
|