|
Dövlət İmtahan
Mərkəzi II və III ixtisas
qrupları üzrə 26 mayda
keçirilmiş qəbul imtahanının
nəticəsini açıqlayıb.
Belə ki, imtahanda III ixtisas
qrupu üzrə ən yüksək nəticəni
397.0 bal toplayan liseyimizin
məzunu Zeynəb Hacıyeva göstərib.
Zeynəb imtahanın birinci
mərhələsində 290.0 bal toplayıb.
İmtahanın I mərhələsində
maksimal olaraq 300, II
mərhələsində isə 400 bal
toplamaq mümkündür. Müsabiqə hər
iki mərhələdə toplanılan
balların cəminə görə aparılır.
Zeynəbi təbrik edir, fədakar
müəllimlərimizə təşəkkür edirik.
|
|