internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

“Azercell Cup 2024” müsabiqəsindən uğurlu nəticə
11.06.2024

 
 
İyunun 9-u 6 və 7-ci sinif şagirdləri arasında “Azercell Cup 2024” müsabiqəsinin final turu keçirilib.

Müsabiqədə liseyimizin 7-ci sinif şagirdləri Yusif Hidayətzadə 326 və Ayxan Əsədzadə 256 balla qızıl medala, Abdullah Hüseyn 171 balla gümüş medala, Dalğa Yunus isə 100 balla bürünc medala layiq görülmüşlər.

Final turunda əvvəlki iki turun nəticələrinə əsasən fərqlənmiş 51 məktəbli iştirak edib.

Müsabiqənin keçirilməsində məqsəd rəqəmsal dünyaya olan marağın artırılması, eləcə də informatika fənni üzrə gələcək beynəlxalq olimpiadalara hazırlıq komandalarının müəyyən edilməsidir.

Beynəlxalq olimpiadalara hazırlıq dərsləri növbəti tədris ilinin əvvəllində təşkil ediləcək.

Şagirdlərimizi təbrik edir, fədakar müəllimlərimizə təşəkkür edirik.
 

 

 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov