|
Mayın 26-dan 31-ə
qədər Özbəkistanda iki
mərhələdən ibarət Əl-Xarəzmi
Beynəlxalq Riyaziyyat
Olimpiadası təşkil edilib.
Olimpiadada liseyimizin IX sinif
şagirdi Zəhra İbişova qızıl,
VIII sinif şagirdi Hüseyn
Zeynalov isə gümüş medal
qazanıblar.
Bu olimpiadada ölkəmiz 2 komanda
ilə uğurla təmsil olunub.
Olimpiadada Azərbaycan,
Özbəkistan, Qazaxıstan,
Qırğızıstan və Tacikistandan
ümumilikdə 135 şagird iştirak
edib.
Şagirdlərimizi təbrik edir,
fədakar müəllimlərimizə təşəkkür
edirik.
|
|