internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

TIMO Beynəlxalq Riyaziyyat Olimpiadasının seçim turundan 70 medal
03.06.2024

 
 
Türk Beynəlxalq Riyaziyyat Olimpiadasının (Turkic International Mathematical Olympiad – TIMO) Azərbaycan üzrə seçim turu keçirilib.

TIMO Olimpiadanın seçim turunda liseyimizlə bərabər müxtəlif ümumitəhsil müəssisələrindən 1700 nəfər şagird iştirak edib.

Seçim turunda lisey şagirdlərimiz 15 gızıl, 25 gümüş və 30 bürünc medal olmaqla ümumilikdə 70 medal qazanmışlar.

Olimpiadada uğur qazanan (qızıl, gümüş və bürünc medal) şagirdlər ölkəmizi Türkiyənin İstanbul şəhərində keçiriləcək final mərhələsində təmsil edəcəklər.

Olimpiadanın məqsədi türk dünyası ölkələrində təhsil alan istedadlı şagirdləri üzə çıxararaq onları beynəlxalq arenada tanıtmaqdır.

TIMO Türkiyə və Avropada yerləşən prestijli universitetlərdə təhsillərini davam etdirmək üçün şagirdlərə möhtəşəm fürsət verir.

Şagirdlərimizi təbrik edir, fədakar müəllimlərimizə təşəkkür edirik.
 

 

 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov