|
Bakıda I Türk
İnteqrasiya Olimpiadasının (TİO)
final mərhələsi keçirilib.
Olimpiadanın nəticələrinə əsasən
liseyimizin 4 şagirdi (Dalğa
Yunus-7B, Cəfər Eyvazlı-7B,
Turan Rəsulzadə-8E, İsmayıl
Mustafayev-10C) qızıl, 1 şagirdi
isə (Ruhin Qurbanov-9C) gümüş
medala layiq görülməklə
ümumilikdə 5 medal qazanmışlar.
Türk İnteqrasiya Olimpiadasının
ideya müəllifi və layihə rəhbəri
Şəmil Sadiq nəzərə çatdırıb ki,
olimpiadanın 2024-cü il üçün
əhatə dairəsi – Azərbaycan,
Türkiyə, Gürcüstan, Qazaxıstan,
Qırğızıstan, Özbəkistan, Şimali
Kipr Türk Respublikası, Kərkük
türkləridir.
"300 milyonluq türk xalqının
ortaq dilə, elmə, mədəniyyətə,
tarixə, coğrafiyaya, sahib
olduqlarını nəzərə almaqla bu
ortaqlığı elmlə vəhdətdə təqdim
etmək məqsədilə çıxdığımız yolda
dörd əsas məqsəd var:
- türk xalqlarının ortaq dil,
əlifba və dərslik ideyasına
dəstək;
- Türk dünyasında orta məktəb
şagirdlərinin ortaq bilgisinin
formalaşması və paylaşılması;
- türk xalqları yeniyetmələri
arasında TİO vasitəsilə
əməkdaşlığın qurulması;
- türk xalqlarının "işdə, dildə,
əməldə birliy"i dərk etmələri və
ortaq mədəniyyətə sahib
olduqlarını əyani göstərmələri".
Mükafatlandırmada millət
vəkilləri – Nizami Cəfərov,
Sabir Rüstəmxanlı, Təhsilin
İnkişafı Fondu İdarə Heyətinin
sədri Elnur Nəsibov çıxış edib,
bu kimi müsabiqələrin önəmindən
danışıblar.
Final mərhələsinə ümumilikdə 78
şagird qatılıb, onlardan 56-sı
müxtəlif medal və diplomlarla
təltif edilib. Birinci yerin
sahibləri 100 baldan 80 bal
toplayıblar. Ümumilikdə isə
olimpiadada 500-dən çox şagird
biliyini sınayıb.
Şagirdlərimizi təbrik edir,
fədakar müəllimlərimizə təşəkkür
edirik.
|
|