internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

Şagirdlərimizdən uğurlu nəticə
15.05.2024

 
 
Ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən IV Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb.

Nəticələrə əsasən liseyimizin şagirdləri Selcan Süleymanlı (X sinif) maksimum 72,7 bal toplayaraq birinci, Nazlı Muradova (IX sinif) 54,5 ball toplayaraq ikinci 🥈 yerə layiq görülüblər.

İki mərhələdən ibarət olimpiadanın respublika turunda astronomiya üzrə bilik və bacarıqlarını yoxlamaq məqsədilə 1190 şagird qeydiyyatdan keçib.

Təşkilat Komitəsinin qərarına əsasən, onlardan 6-sı birinci, 10-u ikinci, 9-u isə üçüncü yerə layiq görülüb.

Olimpiadanın final mərhələsinin qalibləri medal və hədiyyələrlə mükafatlandırılacaq və bu il Braziliyada keçiriləcək XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə cəlb olunacaqlar.

Şagirdlərimizi təbrik edir, fədakar müəllimlərimizə təşəkkür edirik.
 

 

 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov