internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

Liseyimizdə sosial aksiya keçirilib
06.05.2024

 
 
Aprelin 30-u “Cığır” MDİD ictimai birliyinin və Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin birgə təşəbbüsü və təşkilatçılığı ilə ata himayəsindən məhrum uşaqların ali təhsil almalarına dəstək məqsədilə sosial aksiya keçirilib.

“Elm ümmandır” təhsil təqaüdü proqramı çərçivəsində könüllü xanımların hazırladıqları ev təamları, şirniyyatlar, eyni zamanda birliyin sosial sahibkarlıq layihə məhsullarının liseyin bufetində satışı keçirilmişdir.

Lisey kollektivinin, müəllim və şagirdlərin şövqlə bu layihədə iştirakı və dəstəyi, yaxşılıq etmənin gözlərdə yaratdığı sevinc və xoşbəxtlik, məktəbin idarə heyətinin, müəllimlərinin xüsusi təşəbbüsü təhil müəssisəsində öyrədilən dəyərləri ən gözəl şəkildə əks etdirirdi.

Toplanan məvaciblə yanaşı, gün ərzində liseyin bufetindən gələn qazanc da müdiriyyət tərəfindən qeyd olunan uşaqların təhsili üçün ianə edilib.

Liseyimizin müdiri Kadir Bektaşoğlu bu kimi aksiyaların ali bir niyyətə qapı açmaq, sosial rifah, dövlətçilik ənənələrimizin gücləndirilməsi, gələcəyimiz olan gənclərin sağlam rifahı üçün əvəzsiz bir xidmət olduğunu bildirib.

Qeyd edək ki, bu kimi xeyriyyə aksiyaların hər ay təşkil edilməsi nəzərdə tutulub və əldə olunan gəlir uşaqların təhsili üçün ianə edilməsinə yönləndiriləcək.
 

 

 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov