|
Şimali Kipr Türk
Cümhuriyyəti Dəyanət İşləri
İdarəsinin sədri Ahmet Ünsal və
Türkiyə Respublikası Diyanət
İşləri İdarəsinin Strategiyanın
İnkişafı şöbəsinin müdiri
Mustafa Irmaklı, Avrasiya
ölkələri şöbəsinin müdiri Salih
Gör, həmçinin Mətbuat və
ictimaiyyətlə əlaqələr müşaviri
Enes Kaplan , Türkiyənin
Azərbaycandakı Səfirliyinin Din
xidmətləri müşaviri İhsan Açık
liseyimizi ziyarət edib.
Qonaqlara liseyimizin fəaliyyəti
və məzunlarımızın yüksək
nəticələri haqında ətraflı
məlumat verib.
|
|