|
Türkiyənin sabiq
Təhsil naziri və Türkiyə Böyük
Millət Məclisinin Milli Təhsil,
Mədəniyyət, Gənclik və İdman
Komissiyasının sədri Prof. Dr.
Mahmut Özer, Türkiyə Böyük
Millət Məclisinin Sakarya Millət
vəkili Çiğdem Erdoğan Atabek,
Bursa Millət vəkili Ayhan
Salman, Amasya Millət vəkili
Reşat Karagöz və nümayəndə
heyəti, Türkiyənin
Azərbaycandakı səfirliyinin
Təhsil müşaviri Yurdagül Aydoğan
və digər rəsmi qonaqlar
liseyimizi ziyarət etmişlər.
Ziyarət zamanı məktəbimizin
müəllim kollektivi ilə bir araya
gələn qonaqlara məktəbimizin
fəaliyyəti haqqında geniş
məlumat təqdim edilmişdir.
|
|