I qrup- 35 məzundan 24-ü (67%)
II qrup- 30 məzundan 17-si (57%)
III qrup- 22 məzundan 15-i (68%)
IV qrup- 34 məzundan 24-ü (71%)
Məlumat üçün qeyd edək ki, 2009-2015-ci illər ərzində liseyin 12 məzunu 700 bal toplayıb.
Liseyin direktoru Kadir Bektaşoğlu Modern.az saytına açıqlamasında bu böyük nailiyyətə görə məktəb kollektivi başda olmaqla, əməyi keçən hər kəsə təşəkür edib, təhsilimiz, ölkəmiz və millətimizin uğuru olduğunu deyib.
Lisey müdirinin sözlərinə görə, məzunların yüksək nəticələri əsas deyil. Əsas odur ki, onlar ölkəyə və millətə sevgiyə, sahib olduqları dəyərlərə bağlı olsunlar.
Modern.az