|
Türkiyə Dəyanət
Vəqfi Bakı Türk Liseyində
rəhbər, müəllim və valideynlərlə
birgə birinci yarımilin yekunu
ilə bağlı iclas keçirilib.
Şagirdlər liseyə daxil olan
valideynlərə şirniyyat və
2023-cü ilin yekunu ilə bağlı
məlumat vərəqəsi paylayıb.
Hər bir müəllim tədris etdiyi
sinifə daxil olub şagirdlərin
tədrisi ilə bağlı valideynlərə
məlumat verib və valideynləri
maraqlandıran sualları
cavablandırıb.
İclasda çıxış edən liseyin
müdiri Kadir Bektaşoğlu son
günlərdə məktəblərdə baş verən
neqativ hadisələrlə bağlı sinif
rəhbərlərinə və müəllimlərə daha
diqqətli olmağı tapşırıb.
Liseyin müdiri qloballaşan və
çevik dəyişən dünyada milli –
mənəvi dəyərləri özündə
birləşdirən mənəviyyat dərsinin
fənn olaraq uşaqlara
keçirilməsinin vacibliyindən
danışıb. Bu səbəbdən liseyimizdə
“Mənəviyyat” dərsinin
keçiriliməsinin düzgün seçim
olduğunu bildirib.
K.Bektaşoğlu həmçinin ölkə
prezidentindən sitat gətirərək
vətənini, millətini sevən
vicdanlı və təhsilli gənc nəsil
yetişdirmək istədiklərini
bildirib.
İclasda təlim-tədris, həmçinin
uşaqların təhlükəsizliyinin
təminatı məsələləri, psixoloji
xidmətin təşkili və II yarımildə
qarşıda duran hədəflər müzakirə
edilib.
|
|