|
24 fevral 2024-cü
il tarixində keçirilən
Respublika Fənn Olimpiadalarının
respublika mərhələsinin
yarımfinal turunun nəticələri
açıqlanıb.
Nəticələrə əsasən liseyimizin 66
şagirdi növbəti final turuna
vəsiqə qazanıb.
Şagirdlər nəticələri ilə
www.portal.edu.az saytındakı
şəxsi kabinetləri və ya təhsil
aldıqları ümumtəhsil
müəssisələrindən öyrənə
bilərlər.
Olimpiadaların təşkil
edilməsində məqsəd istedadlı
uşaqların aşkar edilməsi,
şagirdlərdə fənlərə olan marağın
artırılması, onların sağlam
rəqabət mühitində öz bilik və
bacarıqlarını nümayiş
etdirmələrinə imkan
yaradılmasından ibarətdir.
Finala vəsiqə qazanmış
şagirdləri təbrik edir və onlara
uğurlar arzulayırıq!
|
|