|  | 
											
												
												
												
												
												
												"Global Olympiad 
												Center"in təşkilatçılığı ilə 
												Bakıda Azərbaycanda ilk dəfə 
												“Robotex Türkiyə” yarışının 
												bölgə çempionatları keçirilib.
 Avropa Birliyinin dəstəyi ilə 
												təşkil olunan dünyanın ən böyük 
												və nüfuzlu robototexnika 
												yarışmasında 250-dən çox 
												komanda, 2 mindən çox izləyici, 
												1500-dən çox iştirakçı, 41 
												məktəb, 6 universitet və 10 özəl 
												qurum iştirak edib.
 Şagirdlər 2 gün ərzində robot 
												kodlaşdırma və robot hazırlama 
												üzrə layihələrini, eləcə də öz 
												startaplarını təqdim ediblər.
 
 19 fərqli kateqoriyada yarışan 
												komandalardan 109 komanda qalib 
												seçilərək növbəti mərhələyə 
												vəsiqə qazanıb.
 
 Univetsitet rektorları, 
												Azərbaycanın öndə gedən iş 
												adamları və akademik kadrların 
												qonaq qismində iştirak etdiyi 
												Festivalda iştirakçıların 
												layihələri dünya səviyyəli 
												münsiflər heyəti tərəfindən 
												dəyərləndirilib.
 Festivalda Türkiyə 
												Respublikasının Azərbaycandakı 
												Fövqəladə və Səlahiyyətli səfiri 
												Cahit Bağcı, KOBİA-nın sədri 
												Orxan Məmmədov, "Azərcell"-in 
												baş müşaviri Okan Cimen, 
												Azərbaycan Respublikası Elm və 
												Ali Təhsil Dövlət Agentliyinin 
												direktoru Ülkər Səttarova, 
												ROBOTEX Türkiyənin direktoru 
												Orhan Çevik və NDU, ADİU, BDU, 
												BSU, ADPU universitetlərinin 
												rektorları fəxri qonaqlar 
												qismində iştirak ediblər. 
												ROBOTEX yarışmasının sabah baş 
												tutacaq ikinci və son 
												mərhələsində görüşənədək.
 Yarışın növbəti mərhələsi 20-21 
												aprel tarixlərində Türkiyənin 
												Antalya şəhərində baş tutacaq.
 
 18 ölkədən qatılan komandalar 
												Estoniyanın paytaxtı Tallində 
												keçiriləcək beynəlxalq robot 
												çempionatında iştirak etmək 
												hüququ əldə edəcəklər.
 
 |  |