|
Noyabrın 16-20
tarixlərində liseyimizdə
informatika fənni üzrə
beynəlxalq olimpiadalara
hazırlaşan şagirdlərin payız
məktəbi təşkil olunub.
Şagirdlər 5 gün ərzində hər gün
8 saatlıq hazırlıq prosesinə
qoşulublar. Təlim müddətində
şagirdlər olimpiada mövzularının
nəzəri və praktiki izahı ilə
tanış olub, beynəlxalq
yarışlarda təqdim edilmiş
tapşırıqları müzakirə ediblər.
Hazırlıq prosesində Oksford
Universitetinin və Massaçusets
Texnologiya İnstitutunun
İdarəetmə məktəbinin məzunları
öz təcrübələrilə bölüşmüşlər.
Qeyd edək ki, informatika fənni
üzrə beynəlxalq olimpiadalara
hazırlıq prosesi Təhsil
İnstitutu tərəfindən həyata
keçirilib.
|
|