|
Bu gün
liseyimizin müəllim və
şagirdləri Bakı Ekspo Mərkəzində
Ümummilli Lider Heydər Əliyevin
100 illik yubileyinə həsr olunan
9-cu Bakı Beynəlxalq Kitab
Sərgisində iştirak ediblər.
Müəllim və şagirdlərimiz sərgidə
Türkiyə Dəyanət Vəqfi Yayınları
stendini böyük maraqla izləyib,
Türkiyə səfirliyinin müşaviri
cənab İhsan Açık şagirdlərimizə
kitablar hədiyyə edib və onları
maraqlandıran sualları
cavablandırıb.
Sərgidə müəllim və şagirdlərimiz
11 ölkədən 30-dan çox xarici
təşkilat, 109 yerli
nəşriyyat-poliqrafiya və kitab
sənəti ilə tanış olub,
Türkiyədən gəlmiş görkəmli
yazarları, elm adamları,
tanınmış aktyorları və xüsusi
tədbirlər proqramını izləyiblər.
|
|