|
Liseyimizin
qonağı olan Bilal Ərdoğan
müəllim və şagirdlər tərəfindən
coşqu ilə qarşılanıb.
Konfrans zalında 27 Sentyabr -
Anım Günü münasibətilə tədbir
təşkil edilib və fəxri qonaqla
görüş keçirilib.
Görüş tədbirində vətənimizin
azadlığı uğrunda canlarından
keçən şəhidlərimizin ruhu bir
dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının
Dövlət Himni və Türkiyə
Cümhuriyyətinin İstiqlal marşı
səsləndirilib.
Daha sonra 27 Sentyabr - Anım
Günü ilə əlaqədar vətənimizin
azadlığı uğrunda əziz
canlarından keçən şəhidlərimizin
ruhuna Türkiyə Cümhuriyyəti
Diyanət İşləri Başqanlığı Müshəf
Tədqiqləri və Qiraət şurasının
üzvü Fatih Okumuş tərəfindən
“Qurani-Kərim”dən ayələr tilavət
edilib.
Tədbirdə çıxış edən Türkiyə
səfirliyinin Dini İşlər üzrə
müşaviri İhsan Açık tədbirin
təşkili üçün məktəb kollektivinə
təşəkkür edib və qonağa dəyərli
vaxtını ayırıb şagirdlərlə
görüşə gəldiyi üçün öz
minnətdarlığını bildirib.
Daha sonra Bilal Ərdoğan ona
ünvanlanan sualları
cavablandırıb. İlk oxuduğu
kitab, məktəb və ilk müəllimləri
haqqında ünvanlanan sualları
cavablandıran qonaq şagirdlər
tərəfindən maraqla dinlənilib.
O, eyni zamanda, övladının Quran
hafizi olmasından və hafizliyin
dəyərindən danışıb.
Təhsilin insan həyatındakı
önəminə diqqət çəkən Bilal
Ərdoğan modern dünyanın ən böyük
silahının güclü təhsil olduğunu
qeyd edib. Ən çox sevdiyi idman
sahəsi hansıdır sualına isə
qonaq, oxçuluq olduğunu qeyd
edib və oxçuluğun tarixindən
danışıb. O, eyni zamanda, milli
kimliyin əhəmiyyətindən də bəhs
edib.
Tədbirdə şagirdlərin ifasında
şəhidlərə həsr edilmiş şeirlər
dinlənilib.
Tədbirin sonunda məktəb
rəhbərliyinə qonaqlar tərəfindən
hədiyyələr təqdim edilib və
xatirə şəkilləri çəkilib.
|
|