|
Türkiyə Diyanət
İşləri Başqanın Müavini Doç. Dr.
Selim Argun TDV Bakı Türk
Liseyini ziyarət edib. Ziyarətdə
həmçinin Türkiyə Cümhuriyyətinin
Azərbaycandakı Din Hizmətləri
müşaviri İhsan Açık hocamız da
iştirak edib.
Görüş zamanı TDV Bakı Türk
Liseyinin müdür müavinləri Rəşad
İbrahimov və İlham Xəlilov
qonaqlara liseyimizin keçmişi və
bugünü, fəaliyyətləri,
məzunlarımızın yüksək nəticələri
haqında ətraflı məlumat verib,
hər gün daha da möhkəmlənən
Azərbaycan və Türkiyə
əlaqələrinin iki dövlət arasında
bütün sahələrdə, o cümlədən
təhsil sahəsindəki əməkdaşlıq
əlaqələrinə müsbət təsirindən
bəhs edib, Türkiyə Dəyanət
Vəqfınə və onun rəhbərliyinə
illərdən bəri liseyə
göstərdikləri maddi və mənəvi
dəstəyə görə minnətdarlıqlarını
bildiriblər.
|
|