|
Ümummilli Lider
Heydər Əliyevin 100 illik
yubileyi münasibətilə Bakı
şəhərində yerləşən ümumi təhsil
müəssisələrinin şagirdləri
arasında keçirilən II Bakı Elm
Olimpiadası qaliblərinin
mükafatlandırılma mərasimi
keçirilib.
Müsabiqədə liseyimizin komandası
uğurla çıxış edərək I yerə layiq
görülüb.
Ümumilikdə, Türkiyə Dəyanət
Vəqfi-Bakı Türk Liseyi və 129
nömrəli tam orta məktəbin
komandaları I yerə,
Kimya-biologiya təmayüllü
Respublika liseyi və 192 nömrəli
tam orta məktəbin komandaları II
yerə, Fizika-riyaziyyat və
informatika təmayüllü Respublika
liseyi və 287 nömrəli “Zəkalar”
liseyinin komandaları III yerə
layiq görülmüşlər.
Müsabiqə üzrə I, II və III yerin
qalibi olan şagirdlərə medal,
diplom və hədiyyələr təqdim
olunub.
Şagirdlərimizi təbrik edir,
fədakar müəllimlərimizə və
təşkilatçılara təşəkkür edirik.
|
|