|
31 may və 1 iyun
tarixlərində Özbəkistanda iki
mərhələdən ibarət Əl-Xarəzmi
Beynəlxalq Riyaziyyat
Olimpiadası təşkil edilib.
Olimpiadada Azərbaycan,
Qazaxıstan, Qırğızıstan,
Tacikistan və Özbəkistandan 30-a
yaxın şagird iştirak edib.
Olimpiadada ölkəmizi təmsil
edən, lisey şagirdimizin də
daxil olduğu, 4 nəfərdən ibarət
komanda uğura imza atıb.
Belə ki, liseyimizin 8-ci sinif
şagirdi, ölkə komandasının üzvi
Zəhra İbişova olimpiadada gümüş
medal qazanıb.
Ümumilikdə, ölkə üzrə komanda
üzvləri uğurla çıxış edərək 1
bürünc və 3 gümüş medal
qazanmışdır.
Zəhranı təbrik edir, ona
yeni-yeni uğurlar arzulayırıq!
|
|