|
Hədəf Şirkətlər
Qrupunun təşkilatçılığı ilə
5-6-7-8-ci sinif şagirdləri
arasında Vətən müharibəsi
şəhidi, riyaziyyat müəllimi
Qoşqar Ömərovun xatirəsinə həsr
olunan “Qoşqar – Riyaziyyat və
Məntiq" bilik yarışı
keçirilmişdir.
Yarışda iştirak edən 6D sinif
şagirdimiz Məhəmməd Mehdizadə
mümkün 100 baldan maksimum
nəticə göstərərək 100 bal
toplayaraq VI siniflər arasında
birinci yeri, 7C sinif
şagirdimiz Nihat Cəfərli isə
84.7 balla ikinci yeri
tutmuşlar.
Bu münasibətlə hər iki
şagirdimizi təbrik edir, yarışın
keçirilməsində əməyi keçən
təşkilatçılara minnətdarlığımızı
bildiririk.
|
|