|
TDV Bakı Türk
Liseyi şagirdlərin bilik və
bacarıqlarının artırılmasına,
həmçinin mədəni kütləvi
tədbirlərin keçirilməsinə xüsusi
diqqət ayırır.
Bunların davamı olaraq, 9-cu
sinif şagirdləri arasında 31
Dekabr - Dünya
Azərbaycanlılarının Həmrəylik
Gününə həsr olunmuş „Ən yaxşı
poster“ müsabiqəsi
keçirilmişdir.
Müsabiqənin keçirilməsində
məqsəd şagirdlərin
istedadlarının aşkara
çıxarılması və dərslərə marağın
artırılmasıdır. Müsabiqədə
50-dən çox şagird müxtəlif
rəngarəng posterlər hazırlayaraq
dünya azərbaycanlılarına həmrəy
və bir yumruq tək güclü olmağın
mesajını veriblər.
Hazırlanmış posterlər münsiflər
heyəti tərəfindən
dəyərləndirlib, qalib və
mükafatçılar seçilib.
Qalib və mükafatçılar liseyin
rəhbərliyi tərəfindən sertifikat
və dəyərli hədiyyələrlə
mükafatlandırılıb.
TDV Bakı Türk Liseyi şagirdlərin
vətənpərvər ruhda böyüməsinə
diqqət ayıraraq bu kimi
tədbirləri ənənə halına
salmaqdadır.
|
|