|
Ölkə üzrə
2021-2022 təhsil ilində 6-11-ci
sinif şagirdləri arasında
keçirilən Respublika Fənn
Olimpiadası və Fənn
Müsabiqələrinin final
mərhələsində şagirdlərimiz:
8-11-ci siniflər: 8 qızıl, 13
gümüş, 12 bürünc medal
(ümumilikdə 33 medal);
6-7-ci siniflər: 10 qızıl, 13
gümüş, 16 bürünc medal
(ümumilikdə 39 medal)
olmaqla yekunda 18 qızıl, 26
gümüş və 28 bürünc qazanaraq
ümumilikdə 72 medal əldə
etmişdilər.
Qeyd edək ki, 2020-2021-ci
tədris ilində (6-11 sinif)
şagirdlərimiz Respublika Fənn
Olimpiadası və Fənn
Müsabiqələrində 12 qızıl, 18
gümüş, 17 bürünc olmaqla toplam
47 medal qazanmışdır.
Şagirdlərimizi təbrik edir,
əməyi keçən fədəkar
müəllimlərimizə, təşkilatçılara
və valideynlərimizə təşəkkür
edirik.
|
|