|
06-12 aprel
tarixlərində Macarıstanın Eqer
şəhərində məktəblilər arasında
11-ci Beynəlxalq Avropa Qızlar
Riyaziyyat Olimpiadası (EGMO)
keçiriləcək.
Seçmə imtahanların nəticələrinə
əsasən sözügedən olimpiadada
iştirak edəcək şagirdlər artıq
müəyyən edilmişdir.
Beynəlxalq olimpiadada ölkəmizi
4 məktəbli təmsil edəcək ki,
onun 3-ü liseyimizin
şagirdləridir.
İştirak edəcək şagirdlərimiz:
Fidan Cəfərli - X sinif,
Səfurə Ramizqızı - X sinif,
Sevinc Mahmudova - IX sinif
şagirdi.
|
|