internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

TÜRKİYƏ DİYANƏT VƏQFİNİN NÜMAYƏNDƏLƏRI AZƏRBAYCANA SƏFƏR EDİBLƏR
24.12.2021

 
 
Dünyanın bir çox ölkəsində uğurlu təhsil fəaliyyəti göstərən Türkiyə Diyanət Vəqfinin Himayəçilər Şurasının üzvü Ahmet Akça, Baş Direktorun müavini Abdurrahman Çetin, Diyanət Vəqfi 29 Mayıs Liseylərinin müdiri Bahri Kahya Azərbaycana səfər ediblər.

Qonaqlar TDV Bakı Türk Liseyini ziyarət edib, müəllim və şagirlərlərlə görüşüblər. Görüş zamanı lisey müdiriyyəti tərəfindən qonaqlara liseyin uğur və fəaliyyətləri haqqında məlumat verilib.

Qonaqlar səfər çərçivəsində Bakıdakı Türkiyə səfirini, T.C. Bakı Təhsil Müşavirliyini, T.C. Bakı Din Xidmətləri Müşavirliyini, Bakı Türk Anadolu Liseyini, Azərbaycan İlahiyyat İnstitutunu və Gəncliyə Yardım Fondunu ziyarət edib, fəaliyyətləri ilə tanış olublar.

Görüş zamanı Azərbaycan-Türkiyə arasında təhsil islahatları o cümlədən bir sıra məsələrlər müzakirə edilib, fikir mübadiləsi aparılıb.
 

   

   

   

   

   

 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov