42 məzundan 31 nəfəri (74%) 600-dən çox bal toplayıb .
Bakı Dövlət Universitetinin nəzdində yaradılmış Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi bu il ali məktəblərə təkcə iki ixtisas üzrə (I və IV qruplar) keçirilmiş qəbul imtahanlarında rekord nəticəyə imza atıb.
Modern.az saytının məlumatına görə, liseyin builki məzunu Fatimeyizehra Nəbizadə I qrupda 700 bal toplayaraq, ölkə birincisi olub.
IV qrupda imtahan vermiş Vüqar Alpaşayev isə 695 bal toplayıb və ölkə ikincisi olub.
Liseyin digər 21 məzunundan 18 nəfəri (86%) IV qrupda imtahanlardan 600-dən çox bal toplayıb. Onların 11 nəfəri 650-dən cox bal yığıb.
Bakı Türk Liseyinin I qrupda imtahan vermiş 21 məzunundan isə 1 nəfər 700 bal olmaqla 13 nəfər məzun (62 %) 600-dən çox bal toplayıb.
Liseyin direktoru Kadir Bektaşoğlunun Modern.az-a verdiyi məlumata görə, I və IV qruplar üzrə imtahan vermiş ümumilikdə 42 məzundan 31 nəfəri (74%) 600-dən çox bal toplayıb. “Bu nəticə liseyin məzun tarixinin rekordudur”-deyə o, bildirib.
Lisey müdiri məzunların yüksək nəticələrinə sevindiklərini, ancaq bu göstəricinin əsas olmadığını, onların vətənpərvər və ölkəsinə xidmət etmək istəyən insanlar olmalarını arzu etdiklərini bildirib. O, tədris prosesində kömək edən bütün rəsmi qurumlara da təşəkkür edib.
www.modern.az