AMEA
İnformasiya Texnologiyaları
İnstitutunun
www.ict.az portalının
administratoru Sevinc
Həsənovanın qız övladı, Türkiyə
Dəyanət Vəqfi Bakı Türk
Liseyinin məzunu Aydan Həsənova
iyulun 17-də IV ixtisas qrupu
üzrə ali məktəblərə keçirilən
qəbul imtahanında 700 bal
toplayıb.
Sual kitabçasındakı 125 sualın
hamısını düzgün cavablandıran
Aydan bu cür yüksək göstəriciyə
nail olmaqda müəllimlərinin
əməyini qeyd edib. “İmtahanda
yüksək bilik nümayiş etdirərək
uğur qazanacağıma əmin idim.
Sevinirəm ki, həm valideynimin,
həm də müəllimlərimin etimadını
doğrultdum”.
Azərbaycan Dövlət Tibb
Universitetinin “Müalicə işi”
fakültəsində ali təhsil almaq
istəyən Aydanın ən böyük arzusu
cərrah olmaq və xalqına layiqli
xidmət göstərməkdir. AMEA
İnformasiya Texnologiyaları
İnstitutunun kollektivi Aydanı
təbrik edir, ona peşəkar həkim
kimi yetişməsini, gələcəkdə tibb
sahəsində böyük uğurlara imza
atmasını arzulayır.
AMEA İnformasiya Texnologiyaları İnstitutu