Türkiyə Diyanət Vəqfi Baki Türk Liseyi VI və IX sinfə şagird
qəbulu elan edir
TDV Bakı Türk Liseyi 2017-2018-ci dərs ili üçün VI və IX
siniflərə şagird qəbulu elan edir. Lisey Təhsil Nazirliyinə
bağlıdır. Ümumi orta təhsil məktəblərində tədris olunan dərs
proqramına uyğun olaraq dərslər Azərbaycan dilindədir. Təhsil
pulsuzdur.
1) Müraciət müddəti və qəbul şərtləri
Müraciətlər may
ayının 1-dən iyun ayının 9-dək hər gün saat 15.00-dan 18.00-a
qədər qəbul olunur. Liseyə 2017-ci ildə V və VIII sinifdə oxuyan
şagirdlər müraciət edə bilərlər.
2) Təqdim olunacaq sənədlər
a) Şagirdin V və VIII sinifdə oxuduğunu göstərən və məktəbin
möhürü ilə təsdiq olunmuş arayış (möhür şəklin üzərinə vurulur)
b) 2 ədəd şəkil (3 x 4 ölçüdə)
3) İmtahan tarixi və yeri
Qəbul imtahanı
2017-ci il iyun ayının 11-də (VIII- siniflər), iyun ayının
18-də V siniflər (bazar günü),
saat 10:00-da liseyin binasında keçiriləcək.
4) İmtahan fənləri və imtahan şəkli
İmtahan V sinif
şagirdləri üçün (Ana dili, Riyaziyyat, Tarix, İngilis dili )
VIII sinif sagirdləri üçün isə seçdiyi ixtisas qrupu üzrə
fənlərdən test üsulu ilə keçiriləcəkdir. Suallar Azərbaycan
dilindədir.
5) İmtahan nəticələrinin elanı
Qəbul nəticələri
25/06/2017-ci ildə, saat 11.00-da liseydə elan ediləcək.
6) Əlavələr
İmtahana ancaq lisey müdiriyyəti tərəfindən buraxılış vəsiqəsi
verilmiş şagirdlər buraxılacaq.
Şagirdlər imtahana:
a) İmtahana buraxılış vəsiqəsi
b) 2 ədəd sadə qələm və 1 ədəd pozan ilə gəlməlidirlər.
Ünvan: Nəsimi r-nu, Bəsti
Bağırova küçəsi, ( Zabitlər parkının yanı )
Əlaqə telefonları: 597 31
93/ 597 31 95 |