internetdə

saytda

   
 

TÜRKİYƏ DƏYANƏT VƏQFİ BAKI TÜRK LİSEYİ VI VƏ IX SİNFƏ ŞAGİRD QƏBULU ELAN EDİR

 
     
 

TDV Bakı Türk Liseyi 2018-2019-cu dərs ili üçün VI və IX siniflərə şagird qəbulu elan edir. Lisey Təhsil Nazirliyinə bağlıdır. Dərslər ümumi orta təhsil məktəblərində tədris olunan dərs proqramına uyğun olaraq, Azərbaycan dilindədir. Təhsil pulsuzdur.

1) MÜRACİƏT MÜDDƏTİ VƏ QƏBUL ŞƏRTLƏRİ

Müraciətlər may ayının 1-dən 31-dək hər gün saat 15.00-dan 18.00-a qədər qəbul olunur. Liseyə 2018-ci ildə V və VIII sinifdə oxuyan şagirdlər müraciət edə bilərlər.
 

2) TƏQDİM OLUNACAQ SƏNƏDLƏR

a) Şagirdin V və VIII sinifdə oxuduğunu göstərən və məktəbin möhürü ilə təsdiq olunmuş arayış (möhür şəklin üzərinə vurulur)

b) 2 ədəd şəkil (3 x 4 ölçüdə)
 

3) İMTAHAN TARİXİ VƏ YERİ

Qəbul imtahanı 2018-ci il iyun ayının 3-də VIII siniflər, iyun ayının 10-da isə V siniflər üçün (bazar günü) saat 10:00-da liseyin binasında keçiriləcək.
 

4) İMTAHAN FƏNLƏRİ VƏ İMTAHAN ŞƏKLİ

İmtahan V sinif şagirdləri üçün ana dili, riyaziyyat, tarix, ingilis dilindən, VIII sinif şagirdləri üçün isə seçdiyi ixtisas qrupu üzrə fənlərdən test üsulu ilə keçiriləcəkdir. Suallar Azərbaycan dilindədir.
 

5) İMTAHAN NƏTİCƏLƏRİNİN ELANI

Qəbul nəticələri 17/06/2018-ci ildə saat 11.00-da liseydə elan ediləcək.
 

6) ƏLAVƏLƏR

İmtahana ancaq lisey müdiriyyəti tərəfindən buraxılış vəsiqəsi verilmiş şagirdlər buraxılacaq.

Şagirdlər imtahana:

a) İmtahana buraxılış

b) 2 ədəd sadə qələm və pozan ilə gəlməlidirlər.
 

Ünvan: Nəsimi r-nu, Bəsti Bağırova küçəsi, ( Zabitlər parkının yanı )

Əlaqə telefonları: 597 31 93/ 597 31 95
 

Təşəkkür edirik.

 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov