internetdə

saytda

 

.: XƏBƏRLƏR :.  
 

“FİRUDİN BƏY KÖÇƏRLİ” MÜKAFATI TDV BAKI TÜRK LİSEYİNƏ TƏQDİM EDİLİB
22.10.2021

 
 
Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyi AzEdu Təhsil Portalı, AzEdu Academy və Azərbaycan Təhsil Jurnalistləri Birliyinin təsis etdiyi “Firudin bəy Köçərli” mükafatına “Orta təhsil pilləsində mükəmməl idarəçilik və nümunəvi məktəb brendinin yaradıcısı kimi” nominasiyasının qalibi olub.

AzEdu Təhsil Portalının baş redaktoru Elmin Nuri liyseyin müdiri Kadir Bektasogluya “Firudin bəy Köçərli” mükafatını təqdim edərək təbrik edib.

Görüşdə liseyin müdiri Kadir Bektaşoğlu lisey haqqında məlumat verib, liseyin uğurları haqqında danışıb.

K.Bektaşoğlu nümunəvi məktəb brendinin yaradılmasında liseyin bütün əməkdaşlarının payı olduğunu vurğulayıb və qeyd edib ki, bu uğur məktəb, valideyn və şagird üçbucağının uğurlu fəaliyyətinin nəticəsidir.

Görüş zamanı həmçinin Türkiyə və Azərbaycan arasında təhsil perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

Bu münasibətlə liseyin əməkdaşlarını təbrik edir və onlara daha böyük uğurlar arzulayırıq.

 

   

 
 

Başa qalx

 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov